fim.az

İşdən çıxarılan qadın əri və övladı yuxudaykən özünü asdı

2-10-2018, 11:46

İşdən çıxarılan qadın əri və övladı yuxudaykən özünü asdı















27 yaşlı qadın özünü öldürüb.

Milli.Az xəbər verir ki, 27 yaşlı qadın əri və oğlu yuxarı mərtəbədə yatarkən intihar edib.

Viktoriya Pokok adlı qadın özünü iki mərtəbəli evin birinci mərtəbəsində asıb.

Viktoriya işdən çıxarıldığına görə canına qəsd edib. Belə ki, o, işdən qovulduqdan bir gün sonra özünü öldürüb.

Yuxudan ayılanda xanımının cansız bədəni ilə qarşılaşan ər onun ipini kəsib, sonra da kömək çağırıb. O, 18 aylıq oğlu anasını elə vəziyyətdə görməsin deyə onu gizlədib.

Onun iş yerindən bildiriblər ki, qadın son zamanlar yuxusuzluqla bağlı şikayət edirdi.

Hadisə İngiltərənin Berkşir qraflığında baş verib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 383}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22