fim.az

Rövşən Lənkəranskinin "xaç oğlu" azadlığa çıxdı — 3 ildən sonra + FOTO

6-10-2018, 11:44

Rövşən Lənkəranskinin "xaç oğlu" azadlığa çıxdı — 3 ildən sonra + FOTO















Azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Zaur Naxçıvanski" kimi tanınan Zaur Bayram oğlu Şipilov azadlığa çıxıb.
Yenicag.az-a istinadən xəbər verir ki, 33 yaşlı kriminal avtoritet bu gün sərbəst buraxılıb.

Xatırladaq ki, Rusiyanın Orenburq şəhərində anadan olan Zaur kriminal aləmdə nüfuzlu avtoritetlərdən sayılan Bayram Talıbovun oğludur. Şipilovun atası 2006-ci ilin aprelində "Sabirabadlı Hikmət" kimi tanınan Hikmət Muxtarovla birgə sui-qəsd nəticəsində qətlə yetirilib.
Qeyd edək ki, mərhum azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranski tərəfindən "tac"landırılan Zaur Şipilov 2015-ci ilin oktyabr ayında Moskvanın Alayski bazarında olan "Çertanovskoy" restoranında polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində külli miqdarda narkotik vasitə (heroin) aşkarlanıb. Ona Rusiya Cinayət Məcəlləsinin 228-ci (narkotik vasitə saxlama) ittihamı verilib. O, istintaq dövründə Moskvada yerləşən "Matroskaya Tişina" həbsxanasına göndərilib. Zaur Şipilovun işinə Moskva şəhər Çertanov rayon Məhkəməsi baxıb. Məhkəmənin hökmü ilə Zaur Naxçıvanski 3 il müddətinə azadlıqdan məhrum edilib. O "Matroskaya Tişina" cəzaçəkmə müəssisəsindən Samara vilayətində olan həbsxanaya etap edilib. Kriminal avtoritet həmin türmədə tanınmış "qanuni oğru" Vladimr Ozerskiy (Vova Zyuzya) ilə birgə cəza çəkib.

Zaur Naxçıvanski kriminal aləmdə Rövşən Lənkəranskinin "xaç oğlu" kimi də tanınır. Belə ki, Şipilovun atası qətlə yetiriləndən sonra o, həmin dövrdə Rövşən Lənkəranski tərəfindən himayə edilib. Rövşən Zaurun yetişməsində, atasının yolunu getməsində böyür rol oynayıb.Rövşən Lənkəranskinin "xaç oğlu" azadlığa çıxdı — 3 ildən sonra + FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 134}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22