fim.az

Masallıda evdə partlayışla bağlı cinayət işi başlandı — Hadisənin səbəbi bilindi

11-12-2018, 11:12

Masallıda evdə partlayışla bağlı cinayət işi başlandı — Hadisənin səbəbi bilindi

















Masallı rayonunda evdə azyaşlının ölümü ilə nəticələnən partlayışla bağlı cinayət işi başlanıb.
Masallı rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlaıq) maddəsilə cinayət işi başlanıb.

Araşdırmalarla müəyyən edilib ki, Masallı rayonunun Sığıncaq kənd sakini Kərimova Günel Şakir qızının evində qaz sızmasından baş vermiş partlayış nəticəsində evin birinci mərtəbəsində olan 2005-ci il təvəllüdlü Müseyibov Əli Əbülfəz oğlu, 2006-cı il təvəllüdlü Kərimov Sənan Rauf oğlu və 2010-cu il təvəllüdlü Müseyibov Məhəmməd Əbülfəz oğlu ağır yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib, Ə.Müseyibov xəstəxanada dünyasını dəyişib.
Əməliyyat-istintaq qrupunun üzvləri hadisə yerinə baxış keçirərkən həmin evin həyət qapısından keçən qaz borusundan qaz sızması müşahidə edilib.

Başlanmış cinayət işi Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 389}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22