fim.az

Generalın azadlığa çıxması Ermənistanda aksiyaya səbəb oldu

23-12-2018, 13:11

Generalın azadlığa çıxması Ermənistanda aksiyaya səbəb oldu














Ermənistanın sabiq deputat-generalı Manvel Qriqoryanın azadlığa buraxılması etirazlara səbəb olub.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, vətəndaşlar Eçmiədzin şəhərində etiraz aksiyası təşkil ediblər. Etirazçılar mərkəzi yolları bağlayıblar. Onlar Qriqoryanın yenidən həbsini tələb edirlər.

Xatırladaq ki, sabiq general qanunsuz olaraq silah-sursat saxlamaqda, əmlakın mənimsənilməsində ittham edilərək həbs edilmişdi. Lakin dekabrın 21-i məhkəmə Qriqoryanı 25 milyon dram (təxminən 86 min manat) müqabilində azadlığa buraxıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 385}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22