fim.az

Anasını fahişəliyə cəlb edən bala məhkəmə qarşısında

28-01-2019, 13:25

Anasını fahişəliyə cəlb edən bala məhkəmə qarşısında
















İnsan alverində təqsirləndirlən şəxslə bağlı qərar elan edilib.
Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən iclasda insan alverində təqsirləndirilən Sevinc İxayevanın barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb və qərar elan edilib.

Qərara görə, istintaq orqanının təqdimatı təmin olunub və Sevinc İxayevanın barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Sevinc İxayeva bu ilin yanvarın 25-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib.

O, Azərbaycan vətəndaşları olan qadınları 2016-2018-ci illər ərzində İran İslam Respublikasının Meşkinşehr və Təbriz şəhərlərinə aparıb, insan alverinə məruz qoyması faktı müəyyən edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 400}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22