fim.az

Azərbaycanda amansız qətl – Öldürdü, yandırdı, cəsədi hissələrə böldü – Təfərrüat

3-04-2019, 10:11

Azərbaycanda amansız qətl – Öldürdü, yandırdı, cəsədi hissələrə böldü – Təfərrüat















Təxminən 3 aydır yoxa çıxan Cəlilabad sakini Mahmudov Sahibdən xəbər var.

Milli.Az xəbər verir ki, “Səni axtarıram”ın aparıcısı uzun zamandır övladını axtaran anaya bu gün acı xəbəri verib.

Xoşqədəm Sahibin yanvar ayında Masallıda istirahət mərkəzində Əli Ələkbərli adlı şəxs tərəfindən bıçaqlanaraq, qətlə yetirildiyini açıqlayıb. Hadisə bu ilin yanvarın 25-də qeydə alınıb. Məlum olur ki, Əli meyiti Altay Ağamalızadə adlı tanışının köməyi ilə avtomobilə qoyularaq Neftçala rayonuna aparılıb. Orada meyit yandırılır. Meyitin tam yanmadığını görən Əli Ələkbərli və Ağamalızadə cəsədi İmişli rayonuna aparırlar. İmişli rayonunda meyit balta ilə hissələrə bölünür. Həmin şəxslər cəsədin hissələrini İmişli, Cəlilabad və Yardımlı rayonları ərazilərində basdırılar. Hazırda təqsirli şəxslər saxlanılıblar. Onlara qarşı cinayət məcəllələrinin müxtəlif maddələri ilə cinayət işi açılıb.


Azərbaycanda amansız qətl – Öldürdü, yandırdı, cəsədi hissələrə böldü – Təfərrüat


Ana “Mən bu xəbəri gözləyirdim. Əzabla, əziyyətlə, dişim-dırnağımla saxladığım balamı öldürdülər. Onun qanını yerdə qoymayacağam. Sahib şəhidlərimizdən artıq deyil. Qurban olsun şəhidlərimizə” ifadələri ilə hər kəsi qəhərləndirib.

Xatırladaq ki, ötən buraxılışda aparıcı “İran nömrəsi ilə bir zəng gəldi. Telefonun o biri başındakı şəxs ağlayaraq “Mən Sahibəm. Yalvarıram məni buradan qurtarın. Anama deyin ki, məni girov götürüblər” dedi. Biz həmin nömrəni polisə vermişik. O şəxs həqiqətənmi Sahib imiş, yaxud məqsədli, diqqəti yayındırmaq üçün olan bir zəng imiş, polis araşdıracaq” demişdi.

Qeyd edək ki, mərhumun azyaşlı övladları var idi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 75}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22