» » Xırdalanda öz evində bacanağını öldürdü: Boşanmış qızıma sataşırdı…

Xırdalanda öz evində bacanağını öldürdü: Boşanmış qızıma sataşırdı…

Xırdalanda öz evində bacanağını öldürdü: Boşanmış qızıma sataşırdı…



Xırdalanda qətl törətməkdə təqsirləndirilən Şahin Qasımov barəsində olan hökmdən apelyasiya şikayəti verib.

Ölkə.az bildirir ki, təqsirləndirilən şəxsin şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə iyunun 7-də baxılacaq.

Qeyd edək ki, qətl hadisəs Xırdalanda baş verib. Şahin Qasımov öz evində bacanağı Müşfiq Abbasovu qətlə yetirib. Yaralı Müşviq Abbasov xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə dünyasını dəyişib.

Qətlə səbəb tərəflər arasında başlayan mübahisə olub. Qasımov qızına sataşdığını iddia edərək Abbasovu qətlə yetirib.

Elan olunmuş ittihamla Şahin Qasımov özünü təqsirli bilib və əməlindən peşman olmadığını söyləyib.

Qasımov bacanağını namus üstündə öldürdüyünü söyləyib. O deyib ki, qızı ailə həyatı qursa da, sonradan boşanıb və onunla birgə yaşayıb.

“Bacanağım Müşviq Abbasov bizə gəlmişdi. Birlikdə yeyib-içəndən sonra qızıma sataşdı. Hətta arvadıma da söz deyirdi. Buna görə onu vurmuşam”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş. Qasımov 9 il azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət