fim.az

Ukraynada 3 Azərbaycan vətəndaşı saxlanıldı - Fotolar

29-06-2020, 11:03

Ukraynada 3 Azərbaycan vətəndaşı saxlanıldı - Fotolar


Ukraynanın Dnepr əyalətində 3 Azərbaycan vətəndaşı polis tərəfindən saxlanılıb.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, onlar yaşlı ailənin evinə basqın etməkdə təqsirləndirilirlər. Belə ki, iyunun 26-dan 27-nə keçən gecə, onlar 78 yaşlı kişinin və 81 yaşlı qadının yaşıdığı evə daxil olaraq yaşlı ailəni bıçaqla hədələyiblər. Daha sonra onlar qocaların əllərini bağlayıb, pullarını, zinət əşyalarını və “VAZ” markalı avtomobili oğurlayaraq qaçıblar.

Əməliyyat tədbiri zamanı polis əməkdaşları cinayəti törədən Krivoy Roq sakinləri, 29, 34 və 37 yaşlı 3 nəfəri saxlayəb. Onların Azərbaycan vətəndaşı olduqları və Ukraynada daimi yaşamaq icazəsi aldıqları müəyyən edilib. Oğurlanan əşyalar geri götürülüb. Faktla balı cinayət işi açılıb, istintaq aparılır.

Soyğunçuları əmlakın müsadirə olunması ilə birlikdə 7 ildən 12 ilədək həbs cəzası gözləyir.

Ukraynada 3 Azərbaycan vətəndaşı saxlanıldı - FotolarUkraynada 3 Azərbaycan vətəndaşı saxlanıldı - FotolarUkraynada 3 Azərbaycan vətəndaşı saxlanıldı - Fotolar


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 90}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22