fim.az

Azərbaycanda şok hadisə - ana oğluna dəhşətli işgəncələr verib - VİDEO

24-05-2021, 09:54

Azərbaycanda şok hadisə - ana oğluna dəhşətli işgəncələr verib - VİDEO


Bərdə rayonunun H.Əliyev prospektində yerləşən çoxmənzilli binada yaşayan 7 yaşlı oğlan yanıq xəsarətləri ilə Bərdə Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
"Azyaşlı deyib ki, anası Raya Həsənova onun qollarına qızdırılmış qaşıq basıb. Uşağın qolları yanıb, bədənində müxtəlif xəsarət izləri var.

Azyaşlı bildirib ki, anası bu hərəkəti onu cəzalandırmaq üçün edib.

7 yaşlı uşaq anasının qeyri-rəsmi yaşadığı və məsələdə adı halanan Mahmud Mehralıyev tərəfindən də dəfələrlə zorakılığa məruz qaldığını deyib.

Hazırda azyaşlının müalicələri davam etdirilir. Hadisə ilə bağlı hüquq- mühafizə orqanlarına məlumat verilib. Azyaşlının anası Raya Həsənova polis şöbəsinə aparılıb. Onun xalası Sevinc Fərəcova hadisənin başvermə səbəbini açıqlayıb.

Faktla bağlı aidiyyəti qrumlar tərəfindən araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 202}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22