fim.az

Baba, oğul, gəlin, nəvə evdə ölü tapıldı - Dəhşətli cinayət - FOTO

30-03-2022, 11:34

Baba, oğul, gəlin, nəvə evdə ölü tapıldı - Dəhşətli cinayət - FOTO


Bir evdə 4 nəfərin odlu silahla qətlə yetirilmiş meyiti aşkar edilib.

Dəhşətli hadisə Türkiyənin Edirnə şəhərində baş verib. Uzunköprü səmtində bir evdə baba, ata, ana və oğul olmaqla 4 nəfər ölü tapılıb.

Türkiyə mətbuatı xəbər verir ki, rayonun Elmalı kəndində vətəndaşlar ailədən xəbər alamayınca vəziyyəti jandarma və sağlamlıq qruplarına bildiriblər.
Deyilən ünvana gələn polis əməkdaşları evdə 76 yaşlı Mehmet Güner, eyniadlı oğlu 55 yaşlı Mehmet Güner, onun həyat yoldaşı 47 yaşlı Filiz Güner və 26 yaşlı oğlanları Anıl Günerin meyitini aşkar ediblər.

Araşdırmalar zamanı həmin şəxslərin odlu silahla qətlə yetirildiyi məlum olub.

Qətildə istifadə edilən odlu silah tapılsa da, cinatəri törətməkdə şübhəli bilinən şəxsin axtarışları davam edir.

Qonşuların sözlərinə görə Güner ailəsi sakit təbiətli insanlar olublar. Kənddə heç kimlə düşmənçilikləri olmayıb.

Qətli törədən şəxsin kimliyi və səbəbləri araşdırılır.

Baba, oğul, gəlin, nəvə evdə ölü tapıldı - Dəhşətli cinayət - FOTOBaba, oğul, gəlin, nəvə evdə ölü tapıldı - Dəhşətli cinayət - FOTOBaba, oğul, gəlin, nəvə evdə ölü tapıldı - Dəhşətli cinayət - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 166}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22