fim.az

Xidmətdən narazı qalan müştəri kafeyə qumbara ilə hücum etdi

18-01-2023, 13:02

Xidmətdən narazı qalan müştəri kafeyə qumbara ilə hücum etdi


Tərtərdə kafeyə müştəri qismində gələn şəxs xidmətdən narazı qaldığı üçün içəri qumbara ilə hücum edib.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 17-də gecə saatlarında şəhər ərazisində bir nəfərin əlində qumbara ilə kafelərin birində əşyaları və pəncərələrinin şüşələrini, sonradan bir evin həyətinə gedərək evin pəncərələrini və həyətdə olan avtomobilin şüşələrini sındırması barədə polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən şəhər sakini Yavər Hüseynov tərksilah edilərək saxlanılıb. Ondan “RQD-5” markalı əl qumbarası götürülüb.

Araşdırmalarla məlum olub ki, həmin gün saat 23 radələrində Y.Hüseynov kafedə sərxoş halda xidmətdən narazı olduğu üçün xidmətçiləri və oranın sahibi, S.Bayramovla mübahisə edib. Əlindəki qumbara ilə S.Bayramovun yaşadığı evin həyətinə gedərək evin pəncərələrini və həyətdə olan ona məxsus “Mercedes” markalı avtomobilin şüşələrini, sona kafeyə qayıdaraq pəncərələri sındırıb.

Faktla bağlı cinayət işi başlanılıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 226}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22