» » Günəbaxan tumunun möcüzəvi faydaları

Günəbaxan tumunun möcüzəvi faydaları

Günəbaxan tumunun möcüzəvi faydaları
















Ürəyin döyünürsə, demək yaşayırsan. Ürəyin sağlamdırsa, demək lap çox yaşayacaqsan. Onun qeydinə qalmaq isə öz əlimizdədir.

Publika.az xəbər verir ki, ürək xəstəliklərinin qarşısını almaq yolunda ən faydalı üsullardan biri də günəbaxan tumu ilə hazırlanan məcundur.

Doğrudur günəbaxan tumunun sağlamlığımız üçün bir sıra zərəri var. Amma faydası da az deyil.

Qədimdən günümüzədək hazırlanan sehirli məcunun tərkibi adi günəbaxan tumu və sudan ibarətdir. Günəbaxanın tumları bir sıra vitamin və minerallarla zəngindir. 270 milliqram tumun tərkibində 100 qram fitosterin maddəsi var. Günəbaxan tumunu qədəri aşmamaq şərtilə qəbul etdikdə, qandakı xolesterinin faizini də aşağı salır. Həmçinin immun sistemini gücləndirir.

Ürək xəstəliklərinin qarşısını alan sehirli məcunu hazırlamaq üçün isə 1 fincan günəbaxan tumu və yarım litr su lazımdır.

Suyu qaynadıb, üzərinə tum əlavə edin. Qapaqla bağlayıb 2 saat gözlədin. Vaxt tamam olanda, suyu süzün. Hər səhər oyananda için.

Qara çaya bənzəyən bu içki qan-damar sisteminizi də tənzimləyəcək, əsəblərinizi sakitləşdirəcək. Saçlarınızı və dərinizi ültrabənövşəyi şüalardan qoruyub, parlaqlıq bəxş edəcək.
Oxşar xəbərlər
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət