fim.az

"Karandaşlarının ucunu yonub, məktəbə hazırlaşırdı" — Övladını itirən aktyor

21-08-2018, 11:22

"Karandaşlarının ucunu yonub, məktəbə hazırlaşırdı" — Övladını itirən aktyor
















"Baku Medical Plaza"da daha bir uşaq ölümü baş verib.
"Aktyor Sadiq Nasirin oğlu, 9 yaşlı Elman Nasirov məhz bu klinikada vəfat edib. Aktyor əməkdaşımızla söhbətində bildirib ki, oğlunun səhhətində ciddi problem olmayıb:

"Biz Elmanı "Baku Medical Plaza"ya aparanda sadəcə qızdırması var idi. Eyni zamanda analizləri Türkiyəyə də göndərmişdik. Ordan gələn cavablarda da göstərilir ki, uşağın səhhətində problem yoxdur".
Aktyor bildirib ki, oğlu hətta yeni tədris mövsümünə hazırlaşırmış:

"Karandaşlarının ucunu yonub, çantasını hazırlamışdı ki, məktəbə gedəcəyəm. Amma qismət olmadı..."

Qeyd edək ki, "Baku Medical Plaza"nın saytında yerləşdirilmiş nömrəyə cavab verən operator məsul şəxslə əlaqələndirəcəyini bildirib. Növbəti zənglərə isə cavab verən olmayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 360}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22