» » Damlanın SƏSİ BATDI - VİDEO

Damlanın SƏSİ BATDI - VİDEO

Damlanın SƏSİ BATDI - VİDEO















Baş rolda çəkildiyi “Taxta Ayı” filminin təqdimatına hazırlaşan müğənni Damla ekran işinin çəkiliş prosesində səsinin batdığını deyib.

Bu barədə müğənni özü məlumat verib:

“Bu işə həm maddi, həm də mənəvi gücümlə can qoymuşam. Düz 1 aya yaxın qışqırma səhnələrində səsimi itirmişəm. Bir aydan çox xəstə halımla ayaqüstə qızdırmalı, öskürəkli halda gəzmişəm. günlərlə yorğun, yuxusuz, yarı ac, yarı tox bölgələrdə çəkilişlərdə olmuşuq. Hələ qızmar isti yay günlərində etdiyimiz çəkilişləri demirəm. Bir sözlə, bu yay nə doyunca dincələ bildik, nə də istədiyim kimi gəzə bildik. Sırf peşəkar heyətin tapşırığı ilə ağır iş rejimində çalışdım. Həm yeni mahnı, həm klip, həm toy məclisləri, həm də film...

Hər halda öhdəsindən gəlməyi bacardım. O qədər çətinliklərdən sonra indi də həmin əziyyətli yola sizin də baxmağınızı istəyirəm. İnanın ki, zövq ala biləcəyiniz film hazırlamışıq”.

Qeyd edək ki, filmin qala gecəsi noyabrın 15-də keçirləcək.

Oxşar xəbərlər
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət