fim.az

Mügənni Könül Kərimovanın 32000 manatını ələ keçirən qadın məhkəməyə şikayət etdi

2-02-2019, 12:28

Mügənni Könül Kərimovanın 32000 manatını ələ keçirən qadın məhkəməyə şikayət etdi
















Məlahət Məmmədova 300 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib. Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, M.Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə, 300 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

Cinayət işi üzrə zərərçəkmişlər arasında Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimova da var.
İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verib. O, bu işə görə K.Kərimovadan, ümumilikdə, 32 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib.

Qey edək ki,Məlahət Məmmədova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Məhkəmənin növbəti iclası fevralın 15-nə təyin edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 400}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22