fim.az

"Yanıma gəlmək olmaz" — Ramiz Əzizbəyli

6-02-2019, 11:11

"Yanıma gəlmək olmaz" — Ramiz Əzizbəyli

















"Özümü yaxşı hiss edirəm. Hələ ki, yataqdayam. Yanıma gəlmək olmaz".
Sputnik Azərbaycan bildirir ki, bu sözləri bir müddət əvvəl əməliyyat olunan Xalq artisti Ramiz Əzizbəyli deyib.

Xalq artisti ayağındakı problemlə bağlı bunları deyib: "Bir ayağımı kəsiblər. İkinci ayağımı da kəsməli idilər. Lakin həkimlər hələ ki, fikirləşirlər. İkinci ayağımı kəsib-kəsməməkdə qərarsız qalıblar. Hələ ki, biz onların cavabını gözləyirik".

Xalq artistinin sözlərinə görə, ehtimal ki, onun ikinci ayağı kəsilməyəcək.
R.Əzizbəyli səhhətindəki ümumi vəziyyətdən də danışıb: "Digər xəstəliklər unuduldu. Hər şey öz qaydasındadır".

Xatırladaq ki, ötən ilin dekabrında Xalq artisti Ramiz Əzizbəyli sol ayağında yaranan qanqrenə görə əməliyyat olunmuşdu. Xalq artistinin qızı isə saytımıza açıqlamasında atasının digər ayağında bənzər riskin yaranmaması üçün Ramiz Əzizbəylinin yenidən əməliyyat oluna biləcəyini söyləmişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 352}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22