fim.az

Tahir İmanov merlə görüşdü: Eldar Əzizovla danışmadığım gün yoxdur

14-03-2019, 09:53

Tahir İmanov merlə görüşdü: Eldar Əzizovla danışmadığım gün yoxdur














Azərbaycanın Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun ailəsi onun adına veriləcək bir neçə küçə ilə bağlı təklif irəli sürüb.

Bu barədə “Report”a mərhum bəstəkarın nəvəsi, “Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanov məlumat verib.

O bildirib ki, təklif edilən küçələr Bakının Nərimanov rayonu ərazisində yerləşir: “Müvafiq dövlət qurumlarından müsbət rəy alınandan sonra küçəyə Süleyman Ələsgərovun adı veriləcək. Əslində, biz küçəni seçib müvafiq qurumlara müraciət etmişik. Amma həmin küçənin artıq ad daşıdığına görə imtina olunduğu deyilib. Bir də bunun üçün vaxt lazımdır. Çünki biz təkliflərimizi müvafiq qurumlara göndəririk və onlardan cavab gələnə qədər vaxt gedir. Ona görə də hələ ki, müzakirələr gedir. Bu müzakirələrdə S.Ələsgərovun ailə üzvləri şəxsən iştirak edir. Bu, bir gündə həyata keçirilən iş deyil. Yüz ölçüb, bir biçmək lazımdır”.

T.İmanov vurğulayıb ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovla bir neçə dəfə görüşüb. “Eldar Əzizovla telefonla danışmadığım gün yoxdur. Bu barədə ikitərəfli danışıqlar və fikir mübadiləsi aparırıq”.

Qeyd edək ki, martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü olub. Görüşdə mədəniyyət işçiləri xahişlərini bildirib və təkliflərini irəli sürüblər. T.İmanov ölkə başçısına babası S.Ələsgərovun adına küçə verilməsi barədə xahiş edib. Prezident Bakıdakı küçələrdən birinə Süleyman Ələsgərovun adının verilməsi üçün göstəriş verib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 400}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22