fim.az

Azərbaycanda zibilin içindən nadir kitab tapıldı

18-10-2019, 11:02

Azərbaycanda zibilin içindən nadir kitab tapıldı

Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləmə prosesi zamanı 19-cu əsrdə dərc edilmiş nadir kitab tapılıb.

Şair, filosof və alim Abdurrəhman Caminin 12-ci əsrdə yaşamış Misir alimi İbn Hacibin “El-Kafiye” əsərinə şərhi barədə olan kitab 1892-ci ildə ərəb dilində İstanbulda nəşr olunub.

Kitab hazırda Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun “Qeyri-adi tapıntılar” guşəsində saxlanılır.

Qeyd edək ki, çeşidləmə zamanı aşkar olunan maraqlı əşyalar “Qeyri-adi tapıntılar” guşəsində yerləşdirilməklə “Təmiz Şəhər” ASC-yə təşkil olunan məlumat turlarnın iştirakçılarına nümayiş edilir. (publika.az)


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 29}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22