fim.az

Sumqayıtda 60 il sonra yeni kinoteatr... - Foto

19-11-2019, 13:13

Sumqayıtda 60 il sonra yeni kinoteatr... - Foto

Sumqayıtda 60 il sonra yeni kinoteatr fəaliyyətə başlayacaq.

Bu barədə məlumatı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev yayıb. O, bildirib ki, artıq binada görülən işlər yekunlaşmaq üzrədir.

E. Qocayev bundan öncə də verdiyi açıqlamada üç zaldan ibarət olacaq kinoteatrın şəhərin 70 illiyi ərəfəsində kinosevərlərin ixtiyarına veriləcəyini qeyd etmişdi:

“Şəhərin 2-ci mikrorayonu ərazisində yerləşən, 1960-cı illərdə tikilmiş və baxımsızlıq ucbatından yararsız vəziyyətə düşmüş “Nizami” kinoteatrı sökülərək yenidən tikilib. Bina ən müasir kino texnologiyası ilə təchiz ediləcək”.

Qeyd edək ki, ötən ay Sumqayıt bazarı ətrafında yerləşən, Azərbaycanın dahi şairi Nizami Gəncəvinin heykəli də oradan sökülərək sözügedən yeni kinoteatrın qarşısında ucaldılıb.



Sumqayıtda 60 il sonra yeni kinoteatr... - Foto


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 277}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22