fim.az

BDU Şəkəri belə yad edir… - Foto

23-11-2019, 13:18

BDU Şəkəri belə yad edir… - Foto


Bakı Dövlət Universitetində zəhərlənmədən vəfat edən tələbə Şəkər Xasmətovanın xatirə lövhəsi qoyulub.

Yeni Müsavat xəbər verir ki, qərənfillərlə bəzədilmiş foto BDU-nun əsas binasının girişində yer alıb.

Sözügedən binada mərhumun təhsil aldığı Fizika fakültəsi yerləşir. Fotoya universitet rəhbərliyinin başsağlığı cümləsi də əlavə edilib: “BDU-nun rektorluğu, AHİK və Fizika fakültəsinin dekanlığı Şəkər Faiq qızı Xasmətovanın vaxtsız vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.

Allah rəhmət eləsin!”

Xatırladaq ki, 20 yaşlı Şəkər Xasmətova BDU-nun yataqxanasında qidadan zəhərlənərək vəfat edib. Digər 2 otaq yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıblar, hazırda onların vəziyyəti qənaətbəxşdir.

BDU Şəkəri belə yad edir… - Foto


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 315}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22