fim.az

“Eşidəndə ki, 25 yaşlı müğənniyə ad verilib, adama təsir edir” — Yaqut Babayeva

11-12-2019, 12:00

“Eşidəndə ki, 25 yaşlı müğənniyə ad verilib, adama təsir edir” — Yaqut Babayeva


Müğənni Yaqut Babayeva uzun fasilədən sonra “Şou ATV” verilişinin qonağı olub.
İfaçı səhnədən, efirdən kənar qalmasının səbəblərini açıqlayıb.

“Artıq tamaşaçılar da bilir ki, mən sənətdə nələr yaşamışam. Bizim nəsil bu sənətdə çox əziyyət çəkib. Kolxozçuların, əsgərlərin qarşısında soyuqda konsert vermişik. Bizim yaradıcılığımıza, əziyyətimizə qiymət vermədilər. Bilirsiz necədir, hər dəfə eşidəndə 25 yaşlı müğənniyə ad verilib, insana təsir edir. Belə hadisələr məni çox həvəsdən saldı, küsdürüb, səhnələrdən uzaqlaşdırdı. Heç bir konsertimdən, qastrol səfərlərimdən qonarar almamışam”,- deyə o, bildirib.
Daha sonra hərbi xidmətdə olan oğlunun görüntüsü müğənnini kövrəldib, o, verilişdə göz yaşlarını saxlaya bilməyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 193}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22