fim.az

Əlövsət Ağalarov “Türk dünyasına xidmət” medalı ilə təltif olundu – FOTO

17-12-2019, 08:56

Əlövsət Ağalarov “Türk dünyasına xidmət” medalı ilə təltif olundu – FOTO


“Azərbaycan nəşriyyatı”nın baş redaktoru, Əməkdar jurnalist, tanınmış naşir Əlövsət Ağalarov beynəlxalq mükafata layiq görülüb.

Ə.Ağalarov Türkiyədə fəaliyyət göstərən İpəkyolu Strateji Araşdırmalar Mərkəzi və beynəlxalq “Türksoy” jurnalı tərəfindən “Türk dünyasına xidmət” medalı və xüsusi diplomu ilə təltif edilib.

Mükafat dekabrın 16-da Bakıda – Park İNN otelində keçirilən təntənəli mərasimdə təqdim edilib.

Mərasimdə çıxış edən İpəkyolu Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Seyfullah Türksoy Ə.Ağalarovun Türk dünyasının dəyərli aydınlarından biri olduğunu bildirib. Qeyd edib ki, Ə.Ağalarov 2016-ci ildə 15 iyul dövlət çevrilişinə cəhd zamanı İstanbulda Türk xalqı ilə birlikdə meydanda olub, hətta xəsarət də alıb: “Bu dirəniş bir millət fəlsəfəsinin daha bir örnəyidir” – deyə S.Türksoy vurğulayıb.

Əlövsət Ağalarov “Türk dünyasına xidmət” medalı ilə təltif olundu – FOTO
Əlövsət Ağalarov “Türk dünyasına xidmət” medalı ilə təltif olundu – FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 51}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22