fim.az

Sabah Bakıda atəşfəşanlıq olacaq

30-12-2019, 14:11

Sabah Bakıda atəşfəşanlıq olacaq


Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə dekabr ayının 31-i saat 24:00-da Dənizkənarı Milli Parkın ərazisində atəşfəşanlıq təşkil olunacaq.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH)  verilən məlumata görə, şəhərin mərkəzi küçələri, Dənizkənarı Milli Parkın ərazısı və digər parklar bəzədilib, yolkalar qurulub, buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributların və simvollarının, nağıl qəhrəmanları fiqurlarının quraşdırılması, burada bayram tərtibatı işləri həyata keçirilib, müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.

BŞİH sakinləri və şəhərimizin qonaqlarını atəşfəşanlığı seyr etmək üçün dekabrın 31-də saat 24.00-da Dənizkənarı Milli Parka dəvət edir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 18}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22