fim.az

REAL TV-dən Ləman Ələşrəfqızı və Afət Telmanqızı ilə bağlı AÇIQLAMA

18-02-2020, 12:00

REAL TV-dən Ləman Ələşrəfqızı və Afət Telmanqızı ilə bağlı AÇIQLAMA


REAL TV Ləman Ələşrəfqızı və Afət Telmanqızının işdən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, KİV-lərdə və sosial şəbəkələrdə Milli Məclisə seçkilərlə bağlı tutduqları mövqelərinə görə, REAL TV-nin bəzi əməkdaşlarının işdən kənarlaşdırıldığına dair müxtəlif mülahizələr yayılır.

Bununla əlaqədar bildirilib ki, Milli Məclisə seçkilərə qatıldıqlarına görə, Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq, REAL TV-nin əməkdaşları Afət Məhərrəmova və Ləman İsmayılova ilə xidməti müqavilə uzadılmayıb:

“Seçki prosesi başa çatdıqdan sonra həmin şəxslərə öz işlərinə qayıtmaq təklif olunub. Onların telekanalda fəaliyyətlərini davam etdirməsi üçün heç bir məhdudiyyət tətbiq olunmayıb”.

Bunları nəzərə alaraq REAL TV KİV-lərdə və sosial şəbəkələrdə əsassız iddialara son qoyulmasını, həqiqətə uyğun olmayan mülahizələr yayılmamasını xahiş edir.

Qeyd edək ki, L. Ələşrəfqızı 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən, onunla eyni televiziyada işləyən həmkarı Afət Telmanqızı isə 125 saylı Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 37}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22