fim.az

Telman Adıgözəlovun vəfatından 10 İL ÖTÜR

15-04-2020, 12:24

Telman Adıgözəlovun vəfatından 10 İL ÖTÜR


Bu gün aprelin 15-i Xalq artisti Telman Adıgözəlovun vəfat etdiyi gündür. Görkəmli aktyorun ölümündən 10 il ötür.
O, 1953-cü il iyulun 17-də Balakən şəhərində anadan olub. Əslən Ordubadlıdır. O, hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak edib. T. Adıgözəlov 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb.

O, C. Məmmədquluzadənin "Dəli yığıncağı"da Zəncirvuran, İ.Əfəndiyevin "Xurşidbanu Natəvan"da Daşdəmir, "Mahnı dağlarda qaldı"da Rəhman, Şekspirin "Maqbet"də Flins, M. İbrahimovun "Közərən ocaqlar"da Xanəhməd, H.Cavidin "İblis" əsərində Şeypurçu və.s obrazları ilə yadda qalıb.

İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə də xarakterik rollar oynamışdır.
Telman Adıgözəlov 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti və 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb.

Telman Adıgözəlov 2010-cu il aprelin 15-də 56 yaşında ürək çatışmazlığından vəfat edib. Fatmayıdakı kənd qəbristanlığında dəfn edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 331}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22