fim.az

Bu gün onların günüdür — VİDEO

28-05-2020, 09:38

Bu gün onların günüdür — VİDEO


"Neftçi" klubu 28 may - Respublika günü münasibətilə süjet hazırlayıb.

Süjetdə klub və Azərbaycan Demokratik Cümhuriyyəti arasında "Keçmiş bizim, gələcək bizim" devizi ətrafında paralellər axtarılıb.

Videomətndə deyilir: "Tarixi varlığımızı dünyaya bəyan edənlər tariximizi yazanlardır. Ya da elə tarixin özüdürlər. Bu gün onların günüdür. 102 il əvvəl də, bu gün də "Keçmiş bizim, gələcək bizim" deyirik. 102 il əvvəl də, bu gün də ruhumuz da, sözümüz də, özümüz də azadıq".

Daha sonra süjetdə klubun əsas, U-19 və U-14 və U-11 komandalarının müvafiq kapitanları Emin Mahmudov, Mehmet Ali Serin, Murad Məmmədov və Rüstəm Hüseynlinin fikirlərinə yer verilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 296}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22