fim.az

Nazirlikdən Yaşar Nurinin həyat yoldaşının şikayəti ilə bağlı daha bir açıqlama

12-03-2021, 12:40

Nazirlikdən Yaşar Nurinin həyat yoldaşının şikayəti ilə bağlı daha bir açıqlama


Mədəniyyət Nazirliyi Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyevanın şikayətinə münasibət bildirib.
Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, görkəmli teatr və kino aktyoru, Xalq artisti, Dövlət mükafatı laureatı Yaşar Nuriyev daim dövlətin və nazirliyin diqqət mərkəzində olub.

"Yaşar Nuriyev nazirliyin təqdimatı ilə 1981-ci ildə Respublikanın Əməkdar artisti, 1989-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. 2011-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. Y.Nuriyev Prezident təqaüdçüsü idi. Mərhum sənətkar 2012-ci ildə xəstə olduğu müddətdə Türkiyədə müalicə olunub və bütün müalicə xərcləri nazirlik tərəfindən ödənilib. 2016-cı ildə noyabr ayının 15-də Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Akademik Milli Dram Teatrında Xalq artistinin 65 illik yubileyi münasibəti ilə xatirə gecəsi keçirilib. Sənətkarın 65 illik yubileyi münasibəti ilə nazirliyin sifarişi ilə “Yaddaş” Sənədli Filmlər Studiyasında “Yaşar Nuri” adlı sənədli film hazırlanıb",- nazirlikdən bildirilib.

Qeyd edək ki, R.Nuriyeva “Report”a açıqlamasında aktyorun dünyasını dəyişəndən sonra Mədəniyyət Nazirliyindən zəng olunmadığını bildirib:

“2012-ci ildən bu günə kimi mənim evimə zəng gəlməyib. Nə bayram günü, nə ölən günü... Məndə sual yaranır ki, 40 il həyatını mədəniyyətə qoyan insanın ailəsi ilə Mədəniyyət Nazirliyi niyə maraqlanmır. İş təkcə qərar qəbul etməkdən ibarət deyil axı. Mənəvi dəstək tamamilə başqa şeydir".

Mədəniyyət naziri Anar Kərimov isə “Report”a açıqlamasında məsələ ilə bağlı maraqlanacağını bildirmişidi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 250}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22