fim.az

Vətən müharibəsi şəhidinin cənazəsi Bakıya gətirilir - FOTO

20-05-2021, 10:46

Vətən müharibəsi şəhidinin cənazəsi Bakıya gətirilir - FOTO


Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İbrahimov Təbriz İsmayıl oğlunun cənazəsi Bakıya gətirilir.
“Report” məlumatına görə, mayın 19-da doğulduğu Salyan rayonunun Çadırlı kəndindəki ata ocağına gətirilən şəhidin nəşi bu gün səhər saatlarında Bakıya yola salınıb.

Vida mərasimində Salyan Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin doğmaları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid T.İbrahimov bu gün Bakıda II Fəxri xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, T.İbrahimov 1992-ci il oktyabrın 8-də Salyan rayonunun Çadırlı kəndində anadan olub.

O, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğurunda gedən döyüşlərə qatılıb.

T.İbrahimov sonuncu dəfə ötən ilin sentyabrın 28-də ailəsi ilə əlaqə saxlayıb. O, Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə itkin düşüb. İki gün əvvəl onun nəşi tapılıb.

Allah rəhmət eləsin!

Vətən müharibəsi şəhidinin cənazəsi Bakıya gətirilir - FOTOVətən müharibəsi şəhidinin cənazəsi Bakıya gətirilir - FOTOVətən müharibəsi şəhidinin cənazəsi Bakıya gətirilir - FOTOVətən müharibəsi şəhidinin cənazəsi Bakıya gətirilir - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 219}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22