fim.az

6 il əvvəl Prezident Sarayına dəvət olunan Ümid ADA-ya daxil oldu

10-08-2021, 13:08

6 il əvvəl Prezident Sarayına dəvət olunan Ümid ADA-ya daxil oldu


6 il əvvəl Gəncədən olan məktəbli Ümid Həbibov Azərbaycan Prezidenti İlham Əliyevə gələcəkdə ADA Universitetinə qəbul olmağı arzuladığını demişdi.
"Bunu universitetin prorektoru Fariz İsmayılzadə feysbukda bildirib.

"Bu gün Ümid bizə qonaq gəldi və kampusu gəzdi", - o yazıb.

Qeyd etmək lazımdır ki, Ümid bu il məktəbi bitirib və qəbul imtahanında yüksək bal toplayıb. O, ali təhsil üçün ADA Universitetini seçib.

Hələ 2014-cü il oktyabrın 18-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncədə səfərdə olarkən şəhərin gənc sakini Ümid Həbibov onlara yaxınlaşmış və Prezidentlə xanımınından onun doğum günündə iştirak etmələrini xahiş etmişdi.

İlham Əliyev və Mehriban Əliyeva onun bu xahişini yerinə yetirəcəklərinə söz vermişdilər. 2015-ci il martın 19-da Ümid doğum günü münasibətilə Prezident Sarayına çay süfrəsinə dəvət edilmişdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 265}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22