fim.az

Nazirlikdən Kukla Teatrındakı yoxlamalarla bağlı AÇIQLAMA

22-11-2022, 13:18

Nazirlikdən Kukla Teatrındakı yoxlamalarla bağlı AÇIQLAMA


“Mədəniyyət Nazirliyi tərəfindən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrından aparılan yoxlamanın bu teatrın rejissorunun və ya digər şəxslərin hər hansı bir tənqidi açıqlaması ilə heç bir əlaqəsi yoxdur”.

APA xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin vəzifələrini icra edən Nuridə Allahyarova deyib.

O bildirib ki, nazirliyin strukturunda olan və ya strukturuna daxil olmayıb tabeliyində olan qurumlarda nöqsan aşkarlandığı zaman bu cür yoxlamalar keçirilir: “Bu ilk deyil və növbəli şəkildə bu cür nöqsanlar aşkar edildikdə təftişlər aparılır. Nəticə barədə məlumat veriləcək. Amma birmənalı şəkildə qeyd etmək istəyirəm ki, yoxlamanın həmin o açıqlamayla heç bir əlaqəsi yoxdur. Həmin o açıqlamaya qədər də həm şifahi, həm də yazılı xəbərdarlıqlar olunub”.

Qeyd edək ki, sosial mediada Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlamaların teatrın rəhbərliyinin və rejissorunun mətbuatda nazirliyi tənqid etməsinə cavab olaraq aparılması barədə fikirlər səsləndirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 269}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22