fim.az

Qurban Qurbanov: Bu, hələ də istədiyim "Qarabağ" deyil

30-09-2018, 11:00

Qurban Qurbanov: Bu, hələ də istədiyim "Qarabağ" deyil















“Komandam əsl xarakter göstərdi. Çoxdandır onları belə görmürdüm. Mətbuatda tənqidi yazılar komandaya təsir göstərirdi. Şükürlər olsun ki, oyunumuzda bunu əks etdirmədik. Azarkeşlərimiz də möhtəşəm idilər. Onları ardıcıl beşinci dəfə qrupda çıxış etməyimiz münasibəti ilə təbrik edirəm”.
Oxu.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov “Şerif”lə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu, hələ də istədiyi "Qarabağ" deyil:

"Bu gün bütün komanda hücumda və bütün komanda müdafiədə oynadı. Qələbəmizin səbəbi budur. Mənim nə “Facebook”, nə də digər sosial şəbəkələrdə profilim var. Ona görə də sosial şəbəkələrdə bizə qarşı edilən tənqidləri daha çox saytlardan oxumuşam. Bəlkə də bir qədər bizi tənqid etməkdə tələskənliyə yol verildi.

Sabah püşkatma mərasimi olacaq. Açığı, hansı üslubda konkret komandanın bizim üçün çətin olduğunu deyə bilmərəm. Hər komanda oyununu rəqibinə görə qurur. Belə komandalarla oynamaq daha çətin olur.
Qrup mərhələsi üçün Tofiq Bəhramov adına Respublika stadionunu sifariş etmişik. Lakin Olimpiya stadionunda oynamağımız da istisna deyil.

Araz Abdullayev bizim son transferimiz ola bilər. Dünən qeyd etdiyim kimi, onun hazırkı klubları ilə danışıqlar aparırıq ki, transferi həyata keçirək.

Son günlər evə getməyə belə vaxt tapa bilmirdim. Evdəkilər buna görə hətta məndən inciyirdi. Gah klubla, gah milli ilə birgə olurdum. Çalışıram ki, mənə olan etimadı doğruldum".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 414}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22