fim.az

Aqil M.Quliyev kiminlə evlənir? — MÜSAHİBƏ

26-11-2018, 12:28

Aqil M.Quliyev kiminlə evlənir? — MÜSAHİBƏ
















Tanınmış rejissor Aqil M.Quliyev "Xəzər" televiziyasında yayımlanan ""X" maqazin" verilişinə müsahibə verib.
Həmin müsahibəni yazılı şəkildə təqdim edirik.

- Bu səsdən bir də olacaq?

- Yəqin ki, olar. Şükür Allaha, bu saat on nəfər tanıyıram ki, bu səsi müxtəlif metodlarla ifraz edir (gülür). Mən onlara ad qoymuşam-"kitayski Aqillər".

- Ailə, ev, isti ocaq...Bunlar heç vaxt olmayacaq?

- Bir dönəm onu yaşamışam və yəqin ki, yenə yaşayacağam. Üzü ona doğru gedirəm. İnanmıram ki, biri digərini əvəz edə bilsin. Fikirləşirəm ki, ailəli insan olsam da, böyük bir kabinetim olacaq və orada istənilən vaxt sadəcə susum, heç kimlə ünsiyyətdə olmayım, öz aləmimdə olum.

- Həyatınızı birləşdirəcək elə bir insan varmı?

- Tapmışam. İndiki məqamda hər ikimiz əminik ki, bu, belədir. Çünki o, çox gözəl başa düşür ki, mən kiməm.

- Aqil evlənməyə hazırdırmı?
- Təbii ki, canımda bir az qorxu var. İnşallah, görək başımıza nə gəlir.

- İtirdiklərimiz bizi üzür...

- Atam da, qardaşım da mənim qollarımda keçinib. Təsadüf nəticəsində bir insan da gözümün önündə keçindi. İlk dəfə qorxunc gəlsə də, daha sonra sən bunun başqa tərəflərini yaşayırsan, ölümə başqa cür baxırsan.

- Pis əməllərə görə nəyisə qurban etdiniz?

- Bu həyatda nə pislik etmişəmsə, özümə etmişəm. Heç kimin cibinə girməmişəm, heç kimin qabağındakı çörəyi aparıb yeməmişəm, kiminsə gəlininə, yoldaşına göz qoymamışam.

- Keçmişdə baş verənlərə görə şəxsi həyatınız alınmadı?

- Şəxsi həyatım xarakterimə görə zərər çəkib. İyirmi saatın hamısını insan görməyi sevmirəm, heç ona can atmıram da. Bəzən günlərlə heç kimlə ünsiyyətdə olmuram. Yalnız internet vasitəsilə ünsiyyət qururam. Bir ağzını, bir də qarnını başa düşən insan ən xoşbəxt insandır. Yedim, xoşbəxtəm, doğdum, xoşbəxtəm, o da doğdu, lap xoşbəxtəm (gülür). Bitdi, həyat qurtardı. Elə də xoşbəxt gülümsəyə-gülümsəyə gedir. Həmişə xeyir və şər olub və ola bilsin ki, həmişə şər qalib gəlib. Nağıllar ona görə yaranıb ki, həyatda o haqq-ədalət heç vaxt olmayıb və olmayacaq. Qaranlıq otaqda saxlasalar, buradan çıxanda dünyanın necə rəngarəng olduğunu yenidən hiss edə bilərsən. Heç vaxt nəyisə almaq, nələrsə qazanmaq arzum olmayıb. İmkan olub, almışam, imkan olmayıb, satmışam. Bunlar hamısı gəlib gedən şeylərdir. Biz bilə-bilə ki, bunlar hamısı yetmiş illik sənindir, yenə də yapışmışıq dünyanın malından, bunun ətrafında fəlsəfələr də qurmuşuq ki, mən həyat yaşayıram. Əslində, sən həyat yaşamırsan.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 307}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22