» » "İndi hər bir kəndli torpağından pul qazana bilir" — Deputat

"İndi hər bir kəndli torpağından pul qazana bilir" — Deputat

"İndi hər bir kəndli torpağından pul qazana bilir" — Deputat
















"Son vaxtlar vətəndaşlarımız rayonlardan Bakıya deyil, paytaxtdan kəndlərə axın edir. Bunun da əsas səbəbi rayonlarda və kəndlərdə yaradılan iş yerləri ilə bağlıdır. Yəni, son illər ölkə başçısı tərəfindən aqrar sahəyə diqqətin artırılması və kənd təsərrüfatının inkişafı buna zəmin yaradır".
Bu fikirləri açıqlamasında Milli Məclisin 64 saylı Sabirabad ikinci seçki dairəsindən seçilmiş deputatı Rüstəm Xəlilov bildirib.

Deputat deyib ki, son illər Azərbaycanda pambıqçılığın inkişafı və digər kənd təsərrüfatı sahələrinə dövlətin böyük diqqət göstərməsi rayonlarda işsizliyin aradan qaldırılmasına töhfə verir:

"Mənim deputatı olduğum rayonda da əhali daha çox kənd təsərrüfatı ilə məşğul olur, güzaranı ildən-ilə daha yaxşılaşır. Ola bilsin ki, əvvəllər kəndlərdən şəhərə axın çox idi. Amma indi vəziyyət əksinədir. Cənab Prezident tərəfindən kənd yerlərində əhalinin işləməsi və pul qazanması üçün lazımı şəraitin yaradılması insanlarımız tərəfindən də rəğbətlə qarşılanır. İndi kənd camaatı təzədən torpağa qayıdıb pambıqçılıq, taxılçılıq, baramaçılıq, heyvandarlıqla məşğul olur. Şəxsən mənim şahid olduğum hal odur ki, indi kənd camaatı öz rayonunda işləyib normal dolana bilir. Mən rayondan seçilmiş deputatm. Bilirəm ki, hazırda kənd camaatının yaşayış səviyyəsi əvvəlkindən daha da yüksəkdir. Həmin insanların da əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Ötən əsrin 90-cı illərində Azərbaycanda islahatlar aparılan zaman torpaqlar özəlləşdirilib. Nəticədə isə kəndlilər pay torpaqlarına sahib oldular. İndi pay torpağına sahib olan hər bir kəndli o yerdən pul qazana bilir. Kənd camaatı bazara uyğun məhsullar yetişdirib satırlar. Bu isə onlar üçün qazanc yerinə çevrilib. Yəni, əvvəlki illərlə müqayisədə kənd əhalisinin sosial vəziyyəti yaxşılaşıb, imkanları genişlənib. Müvafiq dövlət qurumları da kənd camaatına dəstəyini əsirgəmir".

R.Xəlilov kənd camaatı arasında torpağını əkib becərməyən insanların da olduğunu söyləyib:
"Belə insanların sayı azda olsa var. İstər şəhər əhalisi, istərsə də kənd əhali arasında tənbəl insanlar olur. Bunu gizlətmək lazım deyil. Elə insanlar var ki, torpağı boş qalıb, amma gedib kənd təsərrüfatı məhsullarını şəhər bazardan alır. Əslində, onlar həmin məhsulları özləri istehsal edib şəhər bazarında satmalıdır".

Bəzi müxalif düşüncəli adamların Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsini gözdən salmağa çalışdığını vurğulayan deputat qeyd edib ki, istənilən insanın məsələyə baxışı obyektiv olmalıdır:

"Radikal müxalifət Soveti İttifaqı dövründən bəri eyni şeyi təkrarlayır, həmin akordları vururlar. Ona görə də indiki zamana uyğunlaşa bilmirlər. Soveti İttifaqı dövründə pambıqçılığın guya qul əməyi olması təbliğatı var idi. O dövrdə ümumi təsərrüfat var idi. Amma bu gün fərdi təsərrüfatlardır. Vətəndaşın özünün pay torpağıdır, mülkiyyətidir. İndi vətəndaşa kim məcbur edə bilər ki, sən gedib pambıq və yaxud da boranı əkməlisən? Vətəndaş öz istəyilə, yaxşı gəlir qazandığı üçün pambıq əkir. Son illər dövlət tərəfindən fermerlərə subsidiyaların verilməsi, xaricdən toxumların və müasir texnikaların alınması kənd təsərrüfatında böyük canlanma yaradıb. Kəndli, fermer görür ki, pambıq əkməklə onun yaşayış səviyyəsi yaxşılşaır, təbii ki, o da bunu edir. Daha kiminsə fikri ilə əkin əkmirlər".
Oxşar xəbərlər
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət