fim.az

“Viski masasında oturan qadın ailəmi dağıtdı” – Fərdanın boşandığı arvadı

24-01-2019, 15:29

“Viski masasında oturan qadın ailəmi dağıtdı” – Fərdanın boşandığı arvadı
















Xəbər verdiyimiz kimi, aktyor Fərda Xudaverdiyev ilk həyat yoldaşından ayrılıb, ikinci dəfə ailə qurub. Hətta onun üçüncü oğlu da dünyaya gəlib.

Axşam.az-ın məlumatına görə, aktyorun ötən gün xəbəri təsdiqləməsi və övladlarının şəklini “Üç aslanım: Mətinim, Aminim, Raulum” başlığı ilə paylaşması ilk xanımı Günel Xudaverdiyevanı özündən çıxarıb.

Səssizliyini pozan Günel açıqlamasında qalmaqallı sözlər deyib:

“Fərda Xudaverdiyevin ilk və əsl həyat yoldaşı olmuşam. Amin və Mətini dünyaya gətirən ana mənəm. 9 illik xoşbəxt ailə həyatım var idi. Qayınanam, baldızım, qayınatamla heç bir problemim olmayıb. Lakin bu qadın, yəni Raulun anası ailəmdə dəfələrlə problem yaradıb. 9 il kənardan bu ailəni dağıtmaq üçün əlindən gələni edib. O qadın dəfələrlə Fərdanın viski masasında olub. Sonda ailəmizin dağılmasında səbəb o və dünyaya gətirdiyi uşaqdır.

O uşaq biz ailəli olarkən dünyaya gəlib. Boşanma prosesi noyabrda baş verib. Uşağın 1 yaşı isə martda olacaq. Bu zamana kimi kənardan izləyirdim. Amma dünənki paylaşımlar məni susdura bilməz. O uşaq mənim oğlanlarımın qardaşı deyil, ola da bilməz”.

Qeyd edək ki, F.Xudaverdiyev ilk həyat yoldaşından ötən il boşanıb. Daha sonra ikinci dəfə gizli ailə qurub. Onun üçüncü oğlu 6 ay əvvəl doğulub. Aktyorun ikinci dəfə ailə qurma xəbəri saytımızda “Maqazin klubu”nda bildirilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 440}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22