» » Ayaqları tutulan Kərim maddi sıxıntı içində — OĞLU DANIŞIR

Ayaqları tutulan Kərim maddi sıxıntı içində — OĞLU DANIŞIR

Ayaqları tutulan Kərim maddi sıxıntı içində — OĞLU DANIŞIR
















Tanınmış meyxanaçı Kərimin ayaqları tutulub.
Bu barədə söz ustadının həmkarı Ağamirzə məlumat verib. Onun sözlərinə görə, həmkarı on gün öncə xəstəxanaya yerləşdirilib:

"Təxminən on gün əvvəl xəstəxanaya yerləşdirildi. Bir əli, bir ayağı tutulmuşdu. Bir həftəyə yaxın orda yatdı, sonra evə gətirdik".

Meyxanaçının oğlu Kamil Novruzov isə əməkdaşımızla söhbətində bildirib ki, maddi sıxıntı ucbatından atasını klinikadan evə gətirməyə məcbur olublar:
"Anlaqlıdır, insanları tanıyır, amma gəzə bilmir. Beyninə qan yaxşı işləmədiyinə görə ayaqları tutulub. Əslində, həkim dedi ki, imkan varsa, klinikada saxlasanız, yaxşı olar. Sadəcə, maddi imkan olmadığına görə evə gətirdik. Bizə ən çox Ağamirzə kömək edir. Digər həmkarları da yanına gələndə kömək edirlər. Əsas kömək edən həmkarı Ağamirzədir".

Qeyd edək ki, Kərim bir müddət öncə insult keçirib.
Oxşar xəbərlər
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
Mədəniyyət