fim.az

Niyə bütün filmlərdə Fərda çəkilir? – Açıqlama

5-03-2019, 15:17

Niyə bütün filmlərdə Fərda çəkilir? – Açıqlama
















Aktyor Fərda Xudaverdiyev onun haqda “Hansı filmə baxırsan Fərda və Müşviqdir” deyə, irad bildirənlərə cavab verib.

Axşam.az-a danışan sənətçi bildirib ki, çəkildiyi filmlər baxımlıdır və o, hazırda tələbatlı aktyorlardan biridir:

“Bu dəqiqə hansı filmə baxırlar ki? Bu il çox az filmlərimiz ekranlara çıxıb. İstənilən halda ekran işlərində tək Fərda və Müşviq (Aktyor Müşviq Şahverdiyev – red.) çəkilmir, başqaları da var. Bizim çəkildiyimiz filmlər daha çox baxımlıdırsa, buna tamaşaçı qərar verir, mən heç nə deyə bilmərəm.

Hansı film çox baxılırsa, deyirlər ki, Fərda o filmdə də var idi, burada da. Meydan açıqdır, rejissorlar, ssenarilər göz qabağındadır. Məndən də qat-qat çox filmlərə çəkilən aktyorlar var. Bir iş tutmursa, o demək deyil ki, orada çəkilmirəm”.

Fərda gələn il özü film çəkəcəyini də deyib:

“Həm də ssenarini özüm yazacam. Aydın məsələdir ki, peşəkar olmayacaq. Ancaq olur ki, hər şeyi, zarafatı, görüntünü öz gözümüzlə görmək istəyirəm. Özüm çəkəndə yazdığım zarafatı daha yaxşı satmağı bacaracam. Buna görə də yoxlamaq istəyirəm”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 399}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22