fim.az

Mediada islahatlara ehtiyac var" — Əflatun Amaşov

25-11-2019, 15:19

Mediada islahatlara ehtiyac var" — Əflatun Amaşov


“Son zamanlarda mediada islahatların aparılmasının zəruriliyi barədə fikirlər səslənməkdədir və bunun da haqlı səbəbləri var. Ancaq bu o anlama gəlməməlidir ki, bu gün media zəifdir. Əsla belə deyil. Bu gün Azərbaycan mediası yetərincə güclüdür. Ancaq medianın dövrün tələblərinə uyğunlaşmasına ehtiyac var”.
Bunu deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Onun sözlərinə görə, bu gün medianıən güclü olması üçün islahatlara ehtiyac var. “Medianın güclənməsinin əsası isə reklamdan asılıdır. Dünya prkatikasına istinad etsək görərik ki, 80 faiz medianın büdcəsi reklamdan formalaşır. Azərbaycanda isə bu faiz çox aşağıdır. Bu gün ölkədə kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində islahatlar həyata keçirilir. Bu da reklam bazarının inkişafına böyük imkanlar yaradır. Ona görə də reklam bazarının inkişaf etdirilməsi yolları aranmalıdır”-Ə.Amaşov deyib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 44}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22