fim.az

“Yeni meyarlarla fəaliyyətə başlayan Milli Məclis Prezidentin yürütdüyü islahatların nəticəsidir” — Deputat

11-03-2020, 15:00

“Yeni meyarlarla fəaliyyətə başlayan Milli Məclis Prezidentin yürütdüyü islahatların nəticəsidir” — Deputat


Altıncı çağırış Milli Məclisin rəhbər strukturlarının formlaşması Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə həyata keçirdiyi genişmiqyaslı islahatlar prosesinin məntiqi nəticəsinin bariz göstəricisidir.
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili İqbal Məmmədov deyib.

Onun sözlərinə görə, altıncı çağırış Milli Məclisin rəhbər strukturları tam yeni meyarlara əsaslanaraq formlaşadı. “Hansı ki, Azərbaycanın müstəqilliyini əldə etdiyi müddətdən Milli Məclis rəhbərliyi belə bir tərkibdə və meyarlara əsaslanaraq formalaşmayıb. Belə ki, Milli Məclis rəhbərliyi tam yeni meyarlara söykənərək çoxpartiyalılıq prinsipi əsasında formalaşıb. Bildiyiniz kimi Milli Məclis sədrinin müavini azlıqda qalan və xüsusən də müxalif mövqeli siyasi partiyanın təmsilçisi seçilib. Bundan əlavə olaraq həm komitə sədrləri, həm də komitə sədrlərinin müavini vəzifəsinə parlamentdə azlıq təşkil edən partiyaların, xüsusən də siyasi müxalifətin təmsilçiləri seçiliblər. Milli Məclis rəhbərliyinin yeni meyarlar və prinsiplərə uyğun şəkildə formalaşması ancaq və ancaq Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin bütün sahələrində, o cümlədən qanunverici orqanda da həyata keçirdiyi dərin islahatlar nəticəsində mümkün olub”- millət vəkili bildirib.

İ.Məmmədov əlavə edib ki, altıncı çağırış Milli Məclisin formalaşması ölkə başçısının həyata keçirdiyi genişmiqyaslı islahatların ruhuna uyğun şəkildə reallaşıb. “Necə ki, 2019-cu ilin dekabrında parlament özünü buraxıb, növbədənkənar parlamentinin keçirilməsini elan edəndə qanunverici orqanın ölkədə həyata keçirilən islahatlara adekvat olmadığını və islahatların ruhuna uyğun olaraq yeni bir parlamentin formalaşmasını bəyan etmişdi. Bax, yeni parlament həmin zaman deyilənlərin bariz nümunəsidir. Hesab edirəm ki, altıncı çağırış Milli Məclis qarşısında duran missiyanı və ölkə başçısının Azərbaycanın gələcək inkişafını təmin etmək, cəmiyyətin bütün təbəqələrini birləşdirmək, əhalini narahat edən problemləri operativ həll etmək,vətəndaş məmnunluğunu təmin etmək, qanunverici və icra hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi, həmçinin həyata keçirilən genişmiqyaslı islahatların daha da dərinləşməsinə və oturuşmasında qarşısında duran missiyanı uğurla həyata keçirilməsi istiqamətində daha təkmil hüquqi baza yaradacaq. Yeni parlament həm yeni qanunvericilk bazasının təkmilləşdirməklə, həm də vətəndaş hakimiyyət arasında layiqli vasitəçi olmaqla Prezidentin yürütdüyü siyasətə öz töhfəsini verəcək. Bunu ölkə başçısı parlamentin ilk iclasında da xatırlatdı”- deputat bildirib.
Ölkə başçısının altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışına toxunan millət vəkili deyib ki, bu, Azərbaycanın gələcək inkişafı, təhlükəsiziliyinin təmin edilməsi, məmur özbaşınalığının aradan qaldırılıb, deputat-vətəndaş arasında səmimi bir əlaqənin qurulması və nəticə etibarilə vətəndaş məmnunluğunun yaradılması baxımından tarixi bir çıxış idi: “Azərbaycan Prezidenti Milli Məclisdəki çıxışı ilə biz millət vəkillərinin qarşısında çox ciddi vəzifələr qoydu. İlk olaraq Prezident beşinci çağırış Milli Məclisin deputatlarına göstərdikləri fəaliyyətə görə təşəkkürünü bildirərək ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynadığını qeyd etdi. Bu, bizə verilən ən yüksək dəyər idi. Prezident həmçinin əmin olduğunu vurğuladı ki, altıncı çağırış Milli Məclisdə uğurla fəaliyyət göstərəcək və beləliklə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəkdir”.

Deputat bildirib ki, bu məqsədlə ölkə başçısı biz millət vəkilləri üçün parlamentin nüfuzunun artırılması qarşısında böyük bir vəzifə qoydu: “Etiraf etmək lazımdır ki, əvvəlki çağırış deputatlarının qaldırdıqları bir çox məsələlərə ayrı-ayrı məmurlar tərəfindən qanunauyğun reaksiya verilmir və yaxud yumşaq desək, qulaqardına vurulurdu. Bu da nəticə etibarilə deputatların, bütövlükdə parlamentin nüfuzuna xələl gətirir, inamsızlıq yaradırdı. Cənab Prezident bu və digər çoxsaylı problemlərin operativ həll olunması üçün ayrı ayrı nazirliklərə, məmurlara parlamentlə sıx təmasda olmağı, millət vəkillərinin qaldırdıqları məsələlərə ciddi yanaşmağı tapşırdı. Qəbul olunan qanunların icrasına nəzarət etmək mexanizmi, dünya parlamentarizmində geniş yayılmış, eyni zamanda ən effektiv praktika hesab olunur və düşünürəm ki, Prezidentin apardığı islahatlarda məhz bu müddəanın tətbiqi olduqca əhəmiyyətlidir.
Bu baxımdan da Prezidentin Milli Məclisdə çıxışında bəyan etdiyi kimi yeni tərkibdə formalaşmış parlament islahatlara yeni təkan verməlidir. O bildirdi ki, parlament kəmiyyət baxımına görə yox, keyfiyyət baxımından dövrün tələbinə uyğun qanunları hazırlamaqla yanaşı, onların icrasına nəzarəti tələb etdi. Ölkə başçısı bəyan etdi ki, çox gözəl qanunlar qəbul edilir, eyni zamanda, Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil və ona görə də Milli Məclis bu işlərlə məşğul olmalıdır. Bu baxımdan deputatların qarşısına çox böyük missiya qoyulub. Odur ki, biz millət vəkilləri ölkə başçısının etimadını doğrultmaq və qarşıda duran vəzifələri yerinə yetirmək üçün layiqincə çalışmalıyıq”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 341}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22