Главная > musahibe, sou > “Məndən min manat pul istədi” – Azərbaycanda rüşvət istəyən aparıcı ifşa edildi (GİZLİ VİDEO)

“Məndən min manat pul istədi” – Azərbaycanda rüşvət istəyən aparıcı ifşa edildi (GİZLİ VİDEO)


11-01-2019, 09:49. Разместил: vasif
“Məndən min manat pul istədi” – Azərbaycanda rüşvət istəyən aparıcı ifşa edildi (GİZLİ VİDEO)















Gəncədə yerləşən “Nostalji” restoranı ilə tanınmış teleaparıcı Azər Zahidin müəllifi olduğu “Yoxlama” verilişi arasında qalmaqal yaşanıb.

Minval.info xəbər verir ki, bu haqda restoranın direktoru Anar Məmmədov deyib.

O bildirib ki, “youtube”də yayımlanan “Yoxlama” verilişinin əməkdaşları ondan pul istəyib: “Bir neçə gün öncə bir nəfər mənə yaxınlaşaraq və dedi ki, restoranınız Gəncədə yaxşılar sırasındadır. Mənim yanıma gələn şəxsin adı Xaliq Camalzadə idi. O bildirdi ki, Azər Zahidlə bir yerdə verilişin aparıcısıdır. Dedi ki, gəlib sizdən veriliş çəkəcəyik. Buna görə də bizə min manat verməlisiz”.

Anar Məmmədov bildirib ki, pul vermədiyinə görə restoran haqda tənqidi veriliş hazırlanıb: “Mən pul vermədiyimə görə onlar bizim restoran haqda tənqidi veriliş hazırladılar. Dizaynımıza isə “taxta, tuxta” deyərək, buranı seçən insanları təhqir etdilər. Daha sonra mətbəximizə girmək istədilər, mən isə bildirdim ki, çəkiliş olmadan hər bir müştəri mətbəximizə daxil ola bilər, mətbəxlə tanış ola bilər”.



Anar Məmmədov hadisəylə bağlı videomüraciət də yayıb və bu haqda geniş danışıb. “A Group Media”nın direktoru Fuad İsmayılzadə məsələylə bağlı “azxəbər.com”a açıqlama verib.

O deyib ki, rəhbəri olduğu şirkət müqavilə qarşılığında xidmət göstərir və burada qəbahət bir iş yoxdur: “Bizim rəsmi dövlət qeydiyyatından keçmişik və xidməti işlə məşğuluq. Xidmət göstəririk və bunun qarşılığında ödəniş edilir. Bu ödəniş də müqavilə əsasında olur”.

Qeyd edək ki, “Yoxlama” layihəsinə “youtube” kanalından davam edir və verilişin aparıcısı Azər Zahiddir.

“Youtube”də yayımlanan verilişi və qarşı tərəfin cavabını əks etdirən hər iki videonu təqdim edirik:


Вернуться назад