Главная > musahibe > Bakı sakinlərinin mütləq əksəriyyəti bronxitdir — Millət vəkili

Bakı sakinlərinin mütləq əksəriyyəti bronxitdir — Millət vəkili


12-03-2019, 14:17. Разместил: vasif
Bakı sakinlərinin mütləq əksəriyyəti bronxitdir — Millət vəkili
















“Bakıda ekoloji vəziyyət dəhşətli vəziyyətdədir. Bu gün Bakı sakinlərinin mütləq əksəriyyəti bronxitdir. Digər ciyər xəstəliklərinin daşıyıcısıdır. Bu dəhşətli vəziyyət aradan qaldırmalıdır”.
Bunu deputat Elmira Axundova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, bu gün Bakıda fəaliyyət göstərən şadlıq sarayları, restoranlar, kustar sexlər Bakını ciddi surətdə tüstüləndirməklə ekoloji vəziyətini pozurlar:

“Bununla bağlı nə qədər yazılsa da, cərimələr tətbiq olunsa da, nəticəsi olmur ki, olmur. Bu bardəd ciddi tədbirlər görülməlidir. Nazirlik daha ciddi cərimələr tətbiq etməklə və ya başqa layihələr həyata keçirməklə bunun qarşısını almalıdır”.

O, əlavə edib ki, mənim xaricdən qonağım gəlmişdi:
“ Bakı onun xoşuna gəlsə də, ekoloji vəziyyətindən şikayətləndi. Dedi ki, ekoloji vəziyyət dəhşətli vəziyyətdə olduğundan hamı bronxit və digər xəstəliklərin daşıyıcılarıdır.

Bu gün Bakı Bulvarı nə gündədir. Oradan ancaq mazut iyi gəlir. Mən özüm Ağ şəhər yaxınlığında yaşayıram orada benzin və digər tüstü iyləri gəlir. Yaxşı ki, Bakıda arada külək əsir və havası bir az təmizlənir. Mən özüm əvvəllər küləyi sevməzdim, amma indi Bakıda daha tez-tez küləyin əsməsini arzulayıram. Odur ki,problem nə formadasa həllini tapmalıdır. İstər ciddi cərimə sanksiyaları olsun və yaxud da digər proqramların icrası ilə problem aradan qaldırılmalıdır”.

Komitə sədri Hadı Rəcəbli deyib ki, bu istiqamətdə davamlı iş gedir: “Bildiyiniz kimi daş karxanaları və digər müəssisələrin fəaliyyəti dayandırıldı. Bu istiqamətdə də tədricən addımlar atılacaq. Bunların hamısını birdən etmək və ya onları bağlamaq digər problemlərə yol açır. Hesab edirəm ki, həmin obyektləri yoxlamaya gələnlər sahibkarlkarı incidib, obyektlərini bağlamaq yox, vəziyyətdən çıxış yolunu göstərib, problemi həll etməyə çalışmalıdır”.
Вернуться назад