Главная > musahibe > Sosial şəbəkədə hər kəs bu qadından danışır: Özümü sevirəm, yaxşı ki, varam – VİDEOMÜSAHİBƏ
Sosial şəbəkədə hər kəs bu qadından danışır: Özümü sevirəm, yaxşı ki, varam – VİDEOMÜSAHİBƏ16-09-2019, 14:07. Разместил: vasif |
Sosial şəbəkələrdə son günlərin trendi internet televiziyaların birində yayımlanan “Qızıl səslər” verilişidir. Verilişin aparıcısı Qənirə Şəmmədqızı müsahibə verib. O verilişinin səs-küyə səbəb olmasına görə təəcübləndiyini deyib: “Qızıl səslər” verilişi 2 ilə yaxındır ki, efirdə yayımlanır. Mənim verilişimə sənətkarlar qonaq gəlir. Mənim ləhcəmə gülürlər. Ancaq insanın ləhcəsi varsa, o Parisə getsə də, ləhcə dəyişməyəcək. Burada qəribə nə var?” Qənirə Şəmmmədqızı deyib ki, o tənqidləri normal qarşılayır: “Mən tənqidlərə pis baxmıram. Ancaq sosial şəbəkələrdə yazılanlara əsəbiləşirəm. 3-5 günlük dünyadır, yaxşı şeylər yazın. Mənə hörmət etmirsizsə, verilişimə gələn qonaqlara hörmət edin. Adam öldürməmişəm ki, nə etmişəm?”. Qənirə Şəmmədqızının AZXEBER.COM-a verdiyi geniş müsahibəni təqdim edirik: Вернуться назад |