fim.az

Səhiyyə Nazirliyi özünü yandıran şəxslə bağlı məlumat yaydı

14-01-2019, 11:07

Səhiyyə Nazirliyi özünü yandıran şəxslə bağlı məlumat yaydı
















Bakıda özünü polis bölməsinin qarşısında yandıran şəxsin vəziyyəti ağır olaraq qalır.

Bu barədə “Report”a Səhiyyə Nazirliyindən məlumat verilib.

Qurumdan bildirilib ki, özünü yandıran 1985-ci il təvəllüdlü Tərlan İslamovun bədəninin 65 faiz hissəsi yanıb. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsinə yerləşdirilən T.İslamovun tənəffüs yolları yanıb: “Bədənin müxtəlif nahiyələri yanan həmin şəxs 3-cü dərəcəli yanıq diaqnozu ilə müalicəsini Reanimasiya şöbəsində davam etdirir və vəziyyəti ağırdır”.

Qeyd edək ki, hadisə dünən Sulutəpə qəsəbəsində baş verib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 402}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22