fim.az

Azərbaycanda "koksaki" virusu yayılıb? — RƏSMİ AÇIQLAMA

13-02-2019, 12:55

Azərbaycanda "koksaki" virusu yayılıb? — RƏSMİ AÇIQLAMA
















Səhiyyə Nazirliyi Azərbaycanda "koksaki" virusunun yayılması barədə səslənən fikirlərə münasibət bildirib.
Nazirliyin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, Azərbaycanda "koksaki" virusunun yayılması barədə yayılan məlumatlar düzgün deyil.

Belə ki, Azərbaycanda indiyədək aparılan laborator müayinələr zamanı "koksaki" virusuna yoluxma halı aşkarlanmayıb.
Nazirlikdən Azərbaycanda yoluxucu xəstəliklərə qarşı ciddi əks-epidemik tədbirlərin aparıldığı da bildirilib.

Qeyd edək ki, hüceyrədaxili parazit sayılan "koksaki" virusuna yoluxan insanlarda qızdırma, ishal əlamətləri, səpki özünü göstərir. "Koksaki" virusu qrip virusu kimi insanlara daha çox hava-damcı yolu ilə keçir. Buna görə də xəstəlik insanlar arasında sürətlə yayılır. Bu virusa məktəbəqədər və məktəbyaşlı uşaqlar daha çox yoluxurlar.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 130}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22