fim.az

Sumqayıtda 42 nəfərin yaralandığı dəhşətli avtobus qəzasının görüntüləri – Video

22-02-2019, 12:37

Sumqayıtda 42 nəfərin yaralandığı dəhşətli avtobus qəzasının görüntüləri – Video

















Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Sumqayıt şəhərində marşrut avtobusu ağır qəzaya düşüb.

Sülh prospektindəki qəzanı əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülər qəza baş verən ərazidə quraşdırılan müşahidə kamerası tərəfindən qeydə alınıb.

Qeyd edək ki, “Toyota Prado” markalı avtomobilin avtobusun yoluna çıxması nəticəsində “Akia” markalı iritutumlu avtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini binaya çırpıb.

Hadisə nəticəsində 42 nəfər xəsarət alıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 116}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22