fim.az

Banan və darçın kokteylinin MÖCÜZƏSİ

4-10-2019, 10:23

Banan və darçın kokteylinin MÖCÜZƏSİ

Banan və darçın çubuğunu qaynadıb yatmadan əvvəl içəndə orqanizmin hər bir hüceyrəsi yenilənir.
“Ölkə.Az” oxucularına bu möcüzəvi içkinin faydalarını təqdim edir.

İlk öncə onu qeyd edək ki, bu içki qeyri-adi dada malikdir. Bəlkə də alışdığınız dad olmadığı üçün xoşunuza gəlməyə də bilər. Ancaq tərkibi ilə çox güclü təbii vasitədir. Bu içki zəifləmiş orqanizmi tez bir zamanda sağaldıb, ayağa qaldırır.

Bu kokteyl çox asanlıqla hazırlanır. Sözügedən içkinin əsas komponenti tərkibində kalium, maqnezium və fosfor ilə zəngin olan banandır. Kalium orqanizmdə olan bütün əzələlər, həmçinin ürək əzələsi üçün çox xeyirli maddədir. Digər maddə fosfor isə karbohidratın orqanizm tərəfindən həzm olunmasında çox böyük rol oynayır.

Qarışımın digər tərkibi izə darçındır. Darçın Altsheymer, Parkinson, menenqit xəstəliklərinin, müxtəlif xassəli şişlərin yaranmasının qarşısını alır. Bu içki üçün darçını çubuq şəklində seçməniz vacibdir.

Bundan əlavə bu möcüzəvi ədviyyat sonsuzluğa qarşı da çox effektli vasitədir. Belə ki, o qadın orqanizmində kişi və qadın hormonlarını tarazlayır. Bundan başqa darçın qanda xolesterol və şəkərin miqdarını aşağı salmaq gücünə malikdir.⠀

Lazım olanlar:

1 litr su
2 ədəd halqa şəklində doğranmış banan

2 ədəd çubuq darçın
Banan və darçın kokteylinin MÖCÜZƏSİ
Hazırlanması:

Əvvəl darçın çubuqlarını 1 litr su ilə qaynadılır. Sonra ilıqlanmış suya bananı əlavə edib suyu bir dəfə də qaynadırıq. Kokteyl tam soyuduqdan sonra yatmamışdan 1 saat öncə 1 stəkan içilir.

Bu möcüzəvi içki həzm prosesini sürətləndirir, dərin yuxuya getməyə kömək edir, yaddaşı gücləndirir, qanı artırır, əsəb sistemini sakitləşdirir. Sadalanan bu müsbət təsirlər banan içkisinin yalnız bir hissəsidir.

Bu möcüzəvi içkinin təsiri artıq 3 gündən sonra sizi təəccübləndirəcək. Hər zaman sağlam olun...


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 294}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22