fim.az

Xərçəngin yayılmasının qarşısını almaq mümkündür

18-11-2019, 09:35

Xərçəngin yayılmasının qarşısını almaq mümkündür

Amerika alimləri xərçəng hüceyrələrinin beynə yayılmasına kömək edən bir zülalın xüsusiyyətlərini kəşf etdiklərini bildiriblər.
Sputnik xəbər verir ki, "Medical Xpress"in xəbərinə görə, mərkəzi Nyu-Yorkda yerləşən "Weill Cornell Medicine" səhiyyə mərkəzi və "Presbyterian" xəstəxanasının alimləri CEMİP zülalının qan damarları ilə immun hüceyrələrini xərçəng hüceyrələrinin beynə yayılmasına kömək edən iltihablı molekulları yaratmağa təşviq etdiyini müəyyən ediblər.

Heyvan üzərində aparılan təcrübələr göstərdi ki, bu zülalın bloklanması metastazların beyinə yayılmasının qarşısını alır.
Xərçəngə bağlı ölümlərin böyük qisiminin xərçəng hüceyrələrinin digər orqanlara yayılmasından qaynaqlandığı bildirilən xəbərdə, ən təhlükəli hadisələrdən birinin beyin metastazı olduğu qeyd edilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 42}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel: (+99455) 252 72 22