fim.az

Türk həkimlərin hazırladığı peyvəndin qiyməti açıqlandı

20-11-2020, 13:02

Türk həkimlərin hazırladığı peyvəndin qiyməti açıqlandı


Amerikanın əczaçılıq nəhəngi “Pfizer” ilə Almaniyanın “BioNTech” firmasının yeni tip koronavirusa (“COVID-19”) qarşı hazırladıqları potensial vaksinin qiyməti açıqlanıb.

Razılaşma çərçivəsində Aİ-nin 300 milyon dozaya “Pfizer” və “BioNTech” şirkətlərinə 4.65 milyard avro ödəyəcəyi açıqlanıb.

Bununla, koronavirus peyvəndinin hər dozası üçün 15,5 avro ödəniləcək.

Qeyd edək ki, Almaniyanın “BioNTech” firmasının həmtəsisçiləri, türk əsilli iki həkim cütlük Dr. Özlem Türeci ilə Prof. Dr. Uğur Şahin tərəfindən ixtira edilən potensial vaksinin virusa qarşı 90% təsirli olduğu açıqlanıb. Onlar 21 milyard dollar sərvəti ilə Almaniyanın ən zəngin 93-cü cütlüyüdür.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 47}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 2323331