fim.az

Azərbaycanda vaksinasiya məcburi olacaq? - RƏSMİ CAVAB

29-11-2023, 10:16

Azərbaycanda vaksinasiya məcburi olacaq? - RƏSMİ CAVAB


Həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli əhali arasında xəstəliyin yayılma halları qeydə alınıb.

Xezerxeber.az məlumatına görə, yoluxma əsasən, uşaqlar arasında müşahidə edilir. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i yəni, 35 nəfər yaşlı insanlar arasında olub.

Bununla əlaqədar həm Səhiyyə Nazirliyi, həm TƏBİB tərəfindən bütün tibb müəssisələrinə tapşrıq verilib ki, peyvəndlənmə prosesi gücləndirilsin. Bildirildi ki, ölkədə hər hansı vaksin qıtlığı yoxdur. İstifadə olunan vaksinlər təhlükəsiz effektiv vaksinlərdir.

Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyir ki, qızılca çox ağır və fəsadlar verən xəstəlikdir. Ortayaşlılar arasında da az da olsa, yayılma var.

Afaq Əliyeva bildirdi ki, vaskinasiya məcburi olmayacaq. İsəyənlər özləri bunun üçün müraciət etməlidirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 178}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:070 511 44 00