fim.az

Azərbaycan və Fransa Dağlıq Qarabağ münaqişəsini ali səviyyədə müzakirə edəcəklər

15-07-2018, 14:56

Azərbaycan və Fransa Dağlıq Qarabağ münaqişəsini ali səviyyədə müzakirə edəcəklər















Azərbaycan Prezidenti İlham Əliyev yaxın vaxtlarda Fransaya səfər edəcək.
Trend xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Orelia Buşez Fransanın milli bayramı - Bastiliyanın alınması gününə həsr olunmuş tədbirdə deyib.

O.Buşez qeyd edib ki, səfər zamanı Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronla ilk rəsmi görüş keçirəcək: "Bu səfər bizim tərəfdaşlığımızın keyfiyyətini, ikitərəfli siyasi münasibətlərin gücünü və Fransanın ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində fəal iştirakını göstərəcək".

Səfir bildirib ki, bu səfər iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə təkan verəcək.
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev isə öz növbəsində bildirib ki, Prezident İlham Əliyevin Fransaya səfəri zamanı müzakirə mövzularından biri, gözlənildiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olacaq.

Nazir müavini qeyd edib ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, Avropada və dünyada liderlik edən ölkədir: "Gözləyirik ki, Ermənistanla Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar ədalətli və beynəlxalq hüquq prinsiplərinə riayət edilməklə aparılacaq".


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 582}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22