fim.az

İlham Əliyev Rusiyaya səfər edəcək

26-07-2018, 09:44

İlham Əliyev Rusiyaya səfər edəcək














Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 1-də Rusiyaya rəsmi səfərə gedəcək. Bununla bağlı Rusiya İqtisadi İnkişaf Nazirliyi məlumat yayıb.
Oxu.az xəbər verir ki, Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev Moskvada Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası dövlət komissiyasının həmsədri, Rusiya Federasiyasının iqtisadi inkişaf nazirilə görüşüb.
“Görüş zamanı ikitərəfli tədbirlərin gündəliyi haqqında fikir mübadiləsi aparılıb. 2018-ci ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri olacaq. Görüş iştirakçıları səfər zamanı imzalanması planlaşdırılan sənədlər paketini müzakirə ediblər”, - informasiyada deyilir.

Bundan başqa, tərəflər sentyabrda Gəncədə 9-cu Rusiya-Azərbaycan regionlararası forumunun keçirilməsini müzakirə ediblər. Hazırda tədbirin proqramı formalaşır və onun keçirilmə tarixi müəyyənləşdirilir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 447}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.FIM.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22